…LB…LI...lb...lı,bıy, Nə çatışmır adımda? Dəyişməyib dadım da. Hansı səsi itirdim, Bu gözəl soyadımda?

Презентация:



Advertisements
Похожие презентации
…LB…LI...lb...lı,bıy, Nə çatışmır adımda? Dəyişməyib dadım da. Hansı səsi itirdim, Bu gözəl soyadımda?
Advertisements

Транксрипт:

…LB…LI...lb...lı,bıy, Nə çatışmır adımda? Dəyişməyib dadım da. Hansı səsi itirdim, Bu gözəl soyadımda?

Armud Aaaaa nə olubdur adıma? Salammıram yadıma. Kömək edin uşaqlar, Çatın mənim dadıma. …RMUD

...LM... ALMA Lm,lm, Oy, ay aman, Pəltəkləyirəm yaman. Adım düşmür yadıma, Çatın mənim dadıma.

Alma,armud,albalı, Nə çox olub nübarın? Uşaqlar,yığın barı! Yerə düşüb adını, Unutmasınlar barı.

Kələm Ağ kələməm. Yanınıza payız gələndə gəlləm. Geyib qat-qat paltarımı, Yavaş-yavaş yekəlləm. Mən kələməm, Yaz gələndə də gəlləm. Soyunub ağ paltarımı, Yaşıl rəngdə geyinnəm. Mən kələməm, Gül kələməm. Dirrikləri,süfrələri, Güllü donumla bəzərəm. Vitaminim şoxdur mənim, Bununçündə,çox gözələm. Bununçündə çox gözələməm

Metro Yer altında bir şəhər var, Hey girib, çıxır insanlar. Mərmərdəndir yaraşıqlı sütunları, Dəmirdəndir vaqonların ayaqları. Mikrafonlar xəbər verir Növbəti dayanacaqları. Tapın,nədir onun adı? Yoxsa küsər bu şəhərin adamları.

Çiyələk Kolları mən bəzərəm, Baxın,necə gözələm. Çəhrayı paltarıma, Kiçik xallar düzərəm. Yeyin məni dadlıyam. Giləmeyvə adlıyam. Baş hərfim düşdü kolda, Meşədə,ya da yolda. Kömək edin tapım mən Düzəlsin bütün cərgəm....iyələk

Balqabaq Həm yumru,həm uzunam Yeyilmərəm duzunan. İki ad daşıyiram, Bostanda yaşayıram. Tumum,mətim dərmandır, Rəngim sarı,əlvandır. Payızda dərin məni Qutaba sərin məni. Aş üstə də yeyərlər, Mürəbbəmi edərlər. Adımda var bal,qabaq, Siz tapın məndən qabaq.

Balıq Sulardır mənim vətənim, Pulludur mənim bədənim. Qiymətlidir kürüm,ətim, Çox itidir sümüklərim. Üzgəc,quyruq,gəlsəmələr Məni suda üzdürərlər. Lıq-lıq edir suda dilim, Siz deyin adımı bilim.

Banan Uzaqdır mənim vətənim, Uzundur mənim bədənim. Sarı atlas paltarım var, Çox sevir məni uşaqlar

Toyuqlar Bağçamın,həyətimin yaraşığı toyuqlar. Hər tərəfdə özünə böyük yuva oyuqlar. Yel keçməmiş yanından, Toyuqlarım soyuqlar. Dimdik gəzər həyətdə Pipiyi al toyuqlar. Sizsiz mən darıxaram, Yanımda qal,toyuqlar!

Cücələrim Cücələrim rəngbərəngdir. Qanadları lap çələngdir. Xoruz cücənin yanında, Elə bil ki,lap pələngdir. Cücələr yaman kələkdir. Baxıram hələ o,təkdir. Üç barmaqlı ayaqları, Göydə uçan çəlpələngdir.

Nar Bol gətirib ağacda bar, İlk dəfədir,özüdə nübar. Yup yumuru bədəni var, Qırmızıdır, tac da taxar. Ehtiyatsız kəssən əgər, Şirəsi yerə tökülər. Dənələri mərcandandır, Hər damlası cana qandır. Adın sorma, sən amandır, Gülöyşədir çox yamandır. Üç hərifli,tək hecalı qəhrəmandır.

Dovşan Yarıq dodaq,haça qulaq, Meşədə hamıdan qorxaq. Gəlin bir rənginə baxaq, Qarda lap olur ağappaq. Sanki qoyub qardan papaq. Yaz gələndə bu ağ qorxaq, Rəngi olur bomboz torpaq. Kök,kələmdən tez-tez yeyir, Adım nədir?bilməm deyir. Uşaqlar dovşan söyləyir.

Moruq Meşə nə yaman kolluq, Kolluqda bitir moruq. Nə kiçikdir meyvəsi? Xeyirlidir təzəsi. Bişirsən mürəbbəsin, Şəkər ilə əzməsin. Qışda xəstələnməzsən. Soyuqdan da əsməzsən. Qoruyar vitamin C, Nə durmusan?tez ol,ye! Durma qaç,uşaqlara, Moruq haqda tərif de.

Ay Çimnaz yağış yağır, Çingiz balkondan baxır. Çəmən,çiçək çətirsiz, Çimib olub tərtəmiz. Çox keçməmiş üstündən, Günəş şəfəqin saçır, Çöldə çobanyastığı, Sevinib çiçək açır. Çimnaz tez ora qaçır. Çimnaz,Çingiz,baxın siz, Göy qurşağı səmada Salıbdır nə gözəl iz. Uşaqlar,bu sözlərə, Diqqətlə qulaq asın, Ən çox işlənən səsin, Əlindən tutub qaçın. Ç hərfi

LİMON Münbit olmasa yerim, Subtropik iqlimim. Tapa bilməzsən məni, Axtarsan ilim –ilim. Meyvə kimi yeməyin, Necə turşdur?Deməyin! Doğrayın, dilim –dilim, Çayda dadımı bilin. Lənkərandır,Ordubatdır vətənim, Nə yumrudur,nə uzundur bədənim. Axırda - mon adlı hecam var mənim, Əvvəlini siz tapsanız,nə dərdim?...imon

Mən əsgərəm Mən əsgərəm, mən əsgərəm! İgid qəhrəman bir ərəm, Tüfəngimi götürərəm. Düşmənləri vətənimdən, Bir dəfəlik məhv edərəm. Mən əsgərəm,mən əsgərəm. Vətənimin sərhəddində,səngərdəyəm. Vuruşmağa hazır olan sərkərdəyəm. Bayrağımı,mən, göylərə yüksəldərəm.!

Nanə Nəvə Nanə,nənə Nanə, Dirrikdən yığırdı nanə. Gördü nar yığır Pərvanə. Fikirləşdi nəvə Nanə, Neynirəm mən yığım nanə? Tezcə tapdı o bəhanə, Çağırır məni Pərvanə. Dırmaşdı tez nərdivana, Bax,nə yığıram mən,ana? Ayağı sürüşdü yana, Baxıb gülüşdülər ona.

Dələ Ağacdan səs gəlir tuq-tuq. Kimdir bu sındıran fındıq Baxdım var ağacda dələ Quyruğu yekə bir şələ Tez – tez yeyir fındıqları Düşünür bəlkə yekələ.

Təmsil Qaz ilə ördək yaman, Dostluq edirdi cannan. Ördək dedi:Qaz qardaş, Bir yolluq olaq yoldaş. Birlikdə ot,dən yeyək, Dərdimizi bir bölək. Bizə heç bir düşmənin, Gücü çatmasın gərək. Bunu görən çil toyuq, Paxıllıqdan onların, Yuvasının ağzında, Torpaqdan açdı oyuq. Yaxşılığı unutdu, Dostları tək-tək tutdu. Dedi:Ay ördək qardaş, Qalmışam mən lap çaş-baş. Belə yoluq qaz ilə, Yeyirsən bir qabda aş. Gəl mənimlə ol yoldaş, Gəzək çölü,çəməni, Yaxından tanı məni. Hər gün qonaq edərəm, Bir-bir yığdığım dəni, Sənin ilə bölərəm. Basıb ördək yanını, Verdi tez qərarını. Razıyam,gəl dost olaq, Qazın tuklərin yolaq. Qaqqıldadı çil toyuq, Yaman soyuqdur,soyuq. Bir-birinə baxdılar, Sən demə hər ikisi, Yamanca qorxaqdılar. Qaçib girdilər hinə, Qaz güldü hər ikisinə. Geyib o ağ kürkünü, Tüz çağırdı tülkünü. Bilirsən tülkü lələ? Çil toyuq ördək ilə, Qurublar sənə tələ. Nə durmusan?Tez elə! Ye bunların ətini, Qoy bilsinlər dostluğun, Sədaqətin qədrini.

Qaz ilə ördək yaman, Dostluq edirdi cannan. Ördək dedi:Qaz qardaş, Bir yolluq olaq yoldaş. Birlikdə ot,dən yeyək, Dərdimizi bir bölək. Bizə heç bir düşmənin, Gücü çatmasın gərək

Bunu görən çil toyuq, Paxıllıqdan onların, Yuvasının ağzında, Torpaqdan açdı oyu

Yaxşılığı unutdu, Dostları tək-tək tutdu. Dedi:Ay ördək qardaş, Qalmışam mən lap çaş- baş. Belə yoluq qaz ilə, Yeyirsən bir qabda aş. Gəl mənimlə ol yoldaş, Gəzək çölü,çəməni, Yaxından tanı məni. Hər gün qonaq edərəm, Bir-bir yığdığım dəni, Sənin ilə bölərəm. Basıb ördək yanını, Verdi tez qərarını. Razıyam,gəl dost olaq, Qazın tuklərin yolaq.