Asudə vaxt hər bir şəxsin qabiliyyət və istedadının reallaşması və inkişafına, fəal vətəndaş, işgüzar fərd kimi yeniləşməsinə həlledici təsir göstərir.

Презентация:



Advertisements
Похожие презентации
Asudə vaxt hər bir şəxsin qabiliyyət və istedadının reallaşması və inkişafına, fəal vətəndaş, işgüzar fərd kimi yeniləşməsinə həlledici təsir göstərir.
Advertisements

Транксрипт:

Asudə vaxt hər bir şəxsin qabiliyyət və istedadının reallaşması və inkişafına, fəal vətəndaş, işgüzar fərd kimi yeniləşməsinə həlledici təsir göstərir. Onu nə dərəcədə məqsədyönlü təşkil etmək olar ki, maraqlı, mənalı, faydalı olsun və gələcəyimizi qurmağa kömək etsin?

Bu arzu ilə də Çiçək qızlar klubu yaratdıq, hər sinifdən(V-X) 1 qız olmaqla şura təşkil olundu, birlikdə iş planı tərtib etdik və işə başladıq. İlk tədbirimiz Qız ləyaqəti mövzusunda idi. Nə zərdir, nə ləldir nə də ki zinət, Bəzəkdir qızlara qız ləyaqəti! Onun qüdrətilə tapar ülviyyət, Gərəkdir qızlara qız ləyaqəti! Nə lazım camalı boyalı olsun, Qoy dağ laləsi tək həyalı olsun! İstəsə dəryaca kamalı olsun, Köməkdir qızlara qız ləyaqəti!

Qızlar növbəti tədbirə hazırlaşırlar: Əsil dostluq necə yaranır və onu qorumaq üçün nə etməliyik? Əgər dostumsansa, güzgüm ol mənim, görüm varlığımı rəftarında mən. Hissimi, duyğumu duysun Vətənim, sənin dostluğunun zirvələrindən! Yaxşımı hər yerdə ürəklə danış, pisimi üzümə mərdanə söylə, Qəlbimdə, ruhumda apar axtarış, bir alım, bir cərrah dəqiqliyilə!

Tədbirdə hami oğlanlar qrupunun Şahin komandası ilə qızların Nərgiz komandası yarışırdı. Oğlanlar maraqlı bir fiqur düzəltməli, qızlar süfrə açmalı idilər. Qızlar intizarla münsiflər heyətinin verəcəyi qiyməti gözləyirdilər.

Qönçə qrupunun balaca rəqqasları tədbirlərimizin yaraşığı idi. Əllər süzür incə-incə, ayaqlarsa yeyin-yeyin, Yallı da bir vəhdətidir, o sərtliklə bu mərdliyin! Samirə əsil özbək qızları kimi rəqs edirdi. Paltarını da əmək müəlliminin köməyi ilə özümüz tikmişdik.

Yoldaşlıq məhkəməsinin üzvləri də işini məhz bu cür qururdu. Qızlar vaxtaşırı bir yerə toplaşır, yoldaşlarını mühakimə edir, günahkarları müəyyən edir, cəzalandırırdılar. Zəruri hallarda məktəb rəhbərliyi işə qarışırdı. Şagirdlər nəsihəti o qədər də xoşlamırlar. Onlara sözlə təsir etmə cəhdlərimiz çox hallarda boşa çıxır. Şagirdlərə özünütəhlil duyğusu aşılamaq, özünü kənardan müşahidə etmə vərdişi yaratmaq daha yaxşı nəticə verir. İnsanın özünü kənardan müşahidə edə bilməsi, II məni görməyi bacarması onun təkcə ailədə yox, cəmiyyətdə də mövqeyinə ilıq bir aydınlıq, şərəfli bir dürüstlük gətirir!

Saçlarını ağartmış həqiqət var cahanda, Sifət aydın görünməz üz-üzə dayananda İnsanlar öz yurdunun keçmişini ananda, Bu günüyçün övladtək alışanda, yananda Kənardan bax özünə! Azərbaycan ölkəsi, dünyagörmüş məmləkət! Əzəl eşqi həqiqət, saflıq, düzlük, sədaqət! Müsafiri məhəbbət, andı namusla qeyrət! Bir gün bəyaz süfrətək ləkələnsə bu xislət, Kənardan bax özünə! Öz qınını kəsməmiş heç vaxt qılınc tiyəsi! Ləyaqəti, nöqsanı düşündürsün hər kəsi. Haçan, harda oxunsa Cabirin Fəxriyyə-si, sən xəcalət cəkərək dinləməsən bu səsi, Kənardan bax özünə, kənardan bax özünə!

Qızlar sərgiyə göndəriləcək Sülh milyonların arzusudur! maketini son dəfə nəzərdən keçirirlər. Maketdəki göyərçini Pərvanə toxumuş, digər hissələri Kəmalə hazırlamışdı. Leyla isə, canlı göyərçin idi, rəqs edəcəkdi.

Bu şəkilləri çəkən balaca Südabə rəsm müəllimi ola bilmədi, amma çəkdiyi bir albom dolusu şəkilləri indi də şagirdlərimə, onun oğluna fərəhlə göstərirəm. Qobustanda qaya gördüm, tarixin özü tək qədim, Qayalaşmış insanlara mehr saldım, könül verdim. Qobustanda qaya gördüm, Yadlar üçün toppuz olub Baxıb ulu tariximə, Sevincimdən köksüm dolub.

Qobustanda qaya gördüm, Oyum-oyum oyulubdur, İgidlərə, şəhidlərə, Başdaşıtək qoyulubdur.

Dayandığı sənət zirvəsini heç kəsə verməyən (Məşədi İbadın əlindən tutmaq şərti ilə) filmə çevrilib dünyanı dolaşan Arşın mal alan musiqili komediyasının məşqləri zamanı...

Dilaram şahmat bölməsinin üzvlərindən Nigar vəRuhəngiz müxtəlif yarışlardan dəfələrlə qələbə ilə qayıtmışdılar. Kim sevirsə idmanı, poladdan olar canı!

1988-ci il martın 16-da məktəbimizdə keçirilən konfransa gələnlər Gül sərgisi və Şagird yarmarkasına dəvət olundular.

Qızlar klubun fəaliyyəti, gül növləri haqqında qonaqlara məlumat verir, arzu edənlərə bəzi güllərin toxumunu, fidan bağışlayırdılar.

Qızlar 15 növ məhsul satışa çıxarmışdılar: -Mətbəx önlüyü -Məktəb üçün növbətçi sarğısı -Kəpənək bəzək əşyası -Balıq, gəlincik, adamcığazlar və s. oyuncaqlar -Corab, ev başmağı -Çiyələk, İzabella, Qara gavalı və s. qazantutanlar. -İynəsancan və s. Qızlar qazandıqları pulun və hazırladıqları məhsulun bir hissəsini uşaq bağçasına bağışladılar.

Müəllimlər qızların hazırladıqları məhsulları həvəslə alırdılar. Şirniyyat, kökə isə pay verilirdi.

Klubun üzvləri yaxşı oxumaqla, işləməklə bərabər istirahət etməyi, əylənməyi də xoşlayırdılar.

SON DİQQƏTİNİZƏ GÖRƏ ÇOX SAĞ OLUN!