Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin riyaziyyat və informatika müəllimi Quliyeva Nurlan nurlan.quliyeva@mail.ru nurlan.quliyeva@box.az.

Презентация:



Advertisements
Похожие презентации
Vı sinif Ən böyük ortaq bölən. Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbinin müəllimi – Nurlan Quliyeva.
Advertisements

Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin riyaziyyat və informatika müəllimi Quliyeva Nurlan
Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin riyaziyyat və informatika müəllimi Quliyeva Nurlan
Транксрипт:

Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin riyaziyyat və informatika müəllimi Quliyeva Nurlan Dərsin məqsədi: 1) düz bucağı, iti bucağı, kor bucağı, açıq bucağı tanıyır, 2) transportirin köməyi ilə verilən ölçüdə bucaqlar qurur, bucaqları ölçür, 3) bucağın ölçüsünü təxmini müəyyən edir, 4) bucaqların ölçüləri üzərində qurulmuş müxtəlif məsələləri həll edir. Dərsin tipi: Möhkəmlətmə dərsi İş formaları: fərdi iş, cütlərlə iş Üsulları: suallar, beyin həmləsi Fənlərarası inteqrasiya: informatika, həyat bilgisi, bucaqlarla bağlı mövzular Resurslar: dərslik, iş vərəqləri, kompyuter, proyektor, transportir, xətkeş

Hansı bucaqları tanıyırsınız? Dərəcə olçüsünə görə bucaqların övünü müəyyənləşdirmək olarmı? <A< <B<180 0 B C K A Qələm Sehirli qələm müstəvidə bir necə xətt çəkdi. Onları nizamlayıb adlandırdı. Birinci xəttə toxunmadı. O kainatın dərinliklərinə doğru sonsuz uzandı. İkinci düz xətti kəsdi. Şüa oldu. Üçüncü düz xətti isə hər iki tərəfdən kəsib parça adlandırdı. Sonsuzluğuna qürrələnən düz xətt şüaya: - Bir bunun boy-buxununa bax! – dedi. – Bir tərəfə uzanaraq mənə tay olmaq istəyir. Unutma sən yarım düz xətsən. - Onda iki mən ol! - Şüa cavab verdi. Düz xətt qatlandı. Bucaq oldu. - Kor bucaq oldun. - Fərqi nədi? Bucaq ortaq təpəli iki şüadır. - Doğrudu. Amma adı iki şüa deyil, bucaqdır. Xətt hirslənib tərəflərini açıq saxladı. - Açıq bucaq oldun. Özünü öymə. Bir dənə düz xətsən.

ÖLÇMƏ APARMADAN BUCAQLARIN DƏRƏCƏ ÖLÇÜSÜNÜ MÜƏYYƏNLƏŞDIRMƏK OLARMI?

Tədqiqata verilmiş dərəcə ölçüsünə uygun bucaq qurmaqla və bucaqları ölçməklə başlayırıq. Şagirdlərə iki variantda işlədiyim iş vərəqlərini paylayıram.

Vaxt bitdikdən sonra iki variantda işləyib şagirdlərə fərdi şəkildə payladığım vərəqlərini lövhədən asırıq hər variantdan bir şagird işini təqdim edir.

Ölçmə aparmadan bucaqları tapın – 40 0 = ? 90 0 – 30 0 = 60 0 ?

Mövzunun müzakirəsi 1)Bucaqları necə ölçdünüz? 2)Ölçmə aparmadan bucagı və ya bucagın məlum olmayan hissəsini necə tapdınız?

Nəticələrin çıxarılması 1) Bucaqları tranportir vasitəsilə ölçdük. Tranportirin işarələnmiş hissəsini bucağın təpəsində elə yerləşdiririk ki, bucağın bir tərəfi ilə transportirin üzərindəki xətt üst-üstə düşdü. O biri tərəfin qarşısındakı ədəd bucağın dərəcə ölçüsü oldu. 2) Ölçmə aparmadan bucaqları düz bucağın və açıq bucagın dərəcə ölçüsündən istifadə etməklə tapmaq olar.

YARADICI TƏTBİQETMƏ

TƏQDİMAT

Ev tapşırığı Saatın işləməsini müşahidə edin. Saatı və dəqiqəni göstərən əqrəblərin müxtəlif vaxtlarda hansı vəziyyətdə olmasını müəyyənləşdirin. Əqrəblərin göstərişlərinə uygun bucaqları çəkin. Ölçmə aparmadan bucaqların dərəcələrini müəyyənləşdirin.

Riyaziyyat-5 Orta məktəb riyaziyyat dərslikləri portal.edu.az