Iıı sinif Paralel və perpendikulyar düz xətlər Göygöl rayon Üçtəpə kənd orta məktəbin müəllimi – Nurlan Quliyeva Müəllif: Nurlan Səəddin Quliyeva nurlan.quliyeva@mail.ru.

Презентация:



Advertisements
Похожие презентации
Mikroprosessorların (MP)təyinatı,tipləri və ümumi strukturları.
Advertisements

Iıı sinif Paralel və perpendikulyar düz xətlər Göygöl rayon Üçtəpə kənd orta məktəbin müəllimi – Nurlan Quliyeva Müəllif: Nurlan Səəddin Quliyeva
Транксрипт:

ııı sinif Paralel və perpendikulyar düz xətlər Göygöl rayon Üçtəpə kənd orta məktəbin müəllimi – Nurlan Quliyeva Müəllif: Nurlan Səəddin Quliyeva

Sehirli qələm müstəvidə bir necə xətt çəkdi. Onları nizamlayıb adlandırdı. Birinci xəttə toxunmadı. O kainatın dərinliklərinə doğru sonsuz uzandı. İkinci düz xətti kəsdi. Şüa oldu. Üçüncü düz xətti isə hər iki tərəfdən kəsib parça adlandırdı.

Cavab: Düz xətt Bir tərəfə uzanan xətt Uzun xətt Qısa xətt Əyri xətt Sual: Qələm necə xətlər çəkdi?

Sual: X ə tl ə r haqqında n ə dey ə bil ə rsiniz? Cavab: Xətt hər iki tərəfə uzanır. Şüa bir tərəfdən uzanır. Şüa sağa və ya sola uzanır. Parça heç bir tərəfə uzanmır. Sonsuzluğuna qürrələnən düz xətt şüaya: - Bir bunun boy-buxununa bax! – dedi. – Bir tərəfə uzanaraq mənə tay olmaq istəyir. Unutma sən yarım düz xətsən. - Onda iki mən ol! - Şüa cavab verdi.

Qələmin çəkdiyi xətləri çəkin. Xətləri nağıldakı kimi adlandırın. Ə yri x ə tt parça düz xətt şüa Cavab:

Düz xətt qatlandı. Bucaq oldu. - Kor bucaq oldun. - Fərqi nədi? Bucaq ortaq təpəli iki şüa deyilmi? - Doğrudu. Adı ki bucaqdı. Xətt hirslənib tərəflərini düz saxladı. - Düz bucaq oldun. Özünü öymə. Açıl, bir dənə düz xətt ol. Düz xətt dilxor bükülərək iti bucaq oldu. Şüa lovğalanaraq: - Bir daha mübahisə etməyin! – dedi.- Sizlərdən qüdrətliyəm. Günəş də işıq şüası saçır. – Parçaya baxdı. – Sənsə çox kiçiksən. - Doğrudur. Lakin sən mənsiz nə ədədi şua, nə də şkala ola bilərsən. Kəmiyyətləri ölçmək qüdrətin olmaz.

Cavab: Düz xətlər kəsişmir – paralel olur. Düz xətlər üst-üstə düşür – paralel olur. Düz xətlər kəsişir. Sual: Düz xətlər hansı vəziyyətdə olur?

Cavab: İki kəsişən düz xəttin bir ortaq nöqtəsi var. Düz xətlər müxtəlif bucaq altında kəsişirlər. Düz xətlər düz bucaq altında kəsişirlər. Sual: Kəsişən xətlər haqqında nə deyə bilərsiniz?

Cavab: Düz bucaq altında kəşişən düz xətlərə perpendikulyar düz xətlər deyilir. Sual: Perpendikulyarlığı necə başa düşürsünüz?

Düz xətt hər iki tərəfə sonsuz uzanır. düz x ə tt şüa parça Şuanın başlanğıc nöqtəsi var. Şua bir istiqamətdə sonsuz uzanır- Gunəş işıq şüası saçır. Hər iki tərəfdən məhdud ( yəni- heç bir tərəfdən uzanmayan xətlər) düz xətt parçadır. İki duz xətt düz bucaq altında kəsişirsə perpendikulyardır. Kəsişməyən düz xətlər paraleldir.

Cavab: Qələmin əmrindən çıxdılar. Özlərini öydülər. Özlərindən balacanı saymadılar. Mübahisə etdilər, dalaşdılar. Yalan danışdılar. Sual: Xətlər niyə əyildilər ?

Xətlər var olmaq üçün nə etməli idilər? Şüanı necə təsəvvür edirsiniz? Düz xətlərin qarşılıqlı vəziyyətini göstərin. Ətrafinizdakı paralel və perpendikulyar düz xətləri göstərin. Bucaqların növlərinı deyin. Sinif otağınızın planını çəkin.

İndi testləri həll edək

Riyaziyyat Müəllif: Nurlan Səəddin Quliyeva