FokinaLida.75@mail.ru 264 sayli m ə kt ə bin İnformatika mü ə llimi Ə liyeva Xanim.

Презентация:



Advertisements
Похожие презентации
Транксрипт:

264 sayli m ə kt ə bin İnformatika mü ə llimi Ə liyeva Xanim

Elektron cədvəl, ilk növbədə hesablamaları avtomatlaşdirmaq üçün nəzərdə tutulub.Bu məqsədlə cədvəlin xanasına düsturlar daxil edilir. İstənilən düstur (=) işarəsi ilə başlayir. Düsturlarda ədədi verilənlər, müxtəlif funksiyalar, cədvəlin obyekrlərinin ünvanları ola bilər. Düsturlarda istifadə olunan ünvanlara(xananın, sətrin, sütunun, xanalar diapazonunun ünvanı) istinadlar deyilir. Düsturlar iki cür olur :cəbri və məntiqi Cəbri düsturlarda hesab əməllərindən istifadə olunur.Düsturlarla hesablama zamani riyaziyyatda hesab əməllərinin yerinə yetirilmə ardıcıllığına burda da əməl olunur. Məntiqi düsturlar şərtdən ibarət olur və onun doğru, yaxud yalan olması müəyyənləşdirilir. Doğru ifadəyə true(doğru, 1), yalan ifadəyə isə false(yalan, 0) qiyməti mənimsədilir.

DÜSTUR YALNIZ BIR XANAYA DAXIL EDILIR, SONRA ISƏ O BASQA XANALARA KÖÇÜRÜLÜR. Elektron cədvəllə işləyərkən çox zaman müəyyən diapazonda olan xanaları eyni struktura malik olan, ancaq dəyişənləri müxtəlif qiymətlər alan düsturlarla doldurmaq lazım gəlir.Bu o deməkdir ki, onlar yalniz istinada görə fərqlənir. Belə düsturlara eynitipli düsturlar deyilir.

Eynitipli düsturlara nümunələr:

Düsturu cədvəliin başqa yerinə köçürərkən ona daxil olan istinadlar avtomatik dəyişir.

Düsturlarda mütləq istinaddan o halda istifadə olunur ki, köçürmə zamanı onun hər iki hissəsi- sütunun hərfi və sətrin nömrəsi dəyişilməsin.Mütləq istinadda sütunun hərfinin və sətrin nömrəsinin qabağında $ simvolu qoyulur, məs: $F$3, yaxud $E$7. Köçürülmə zamanı düstur bütün xanalarda dəyişilməz yerləşdiriləcək.

NISBI İSTİNAD ADI FORMADA YAZILIR, MƏS: F3, E7 KÖÇÜRÜLMƏDƏN SONRA DÜSTURUN KÖÇÜRÜLDÜYÜ BÜTÜN XANALARDA HƏM SÜTUNUN HƏRFI, HƏM DƏ SƏTRIN NÖMRƏSI KÖÇÜRÜLMƏYƏ UYQUN OLARAQ DƏYIŞILIR. Nisbi istinaddan -o halda istifadə olunur ki, köçürülmə zamanı dəyişilməli olsun.

Qarışıq istinad rəqəm hissəsinin qabağında $ işarəsi yazılır. hərf hissəsinin qabağında $ işarəsi yazılır

Qarışıq istinaddan-o halda istifadə olunur ki, köçürmə zamanı onun iki hissəsindən biri-ya sütunun hərfi, ya da sətrin nömrəsi dəyişilsin. Bu zaman $ simvolu istinadın yalnız dəyişilməz qalacaq hissəsinin qabağında qoyulur.Məs: $ F3, yaxud E$7.

C4 xanasindan F4 xanasina düsturu köçür ə rk ə n dustur bel ə d ə yiş ə c ə r =A4*B4

Düsturu B3 xanasindan B6 xanasına köçürsek belə dəyişər. = =A4*$B$1

Diqqətinizə görə minnətdaram!