Nizami Gəncəvi

Презентация:



Advertisements
Похожие презентации
Nizami rayonu 312 saylı orta məktəb Sinif – VI Fənn : İnformatika Mövzu : Elektron poçt Müəllim : Əliyeva Sevinc.
Advertisements

Nizami Gəncəvi
Транксрипт:

Ay üzlü nigarım, kimə mehman olacaqsan? Bir söylə, kimin şəninə şayan olacaqsan? Şahlıq çətiri var başın üstündə bu axşam, Ənbər çətirinlə kimə sultan olacaqsan? Şəkkər demərəm mən sənə, ondan da şirinsən, Dilbər, necə bir bəxtəvərə can olacaqsan? Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə, Ey abi-həyat, sən kimə canan olacaqsan? Getdin, necə bəs tab eləsin hicrə Nizami, O xəstə ikən, sən kimə dərman olacaqsan

Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncədə də vəfat etmişdir. Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliyə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı В«Xosrov və ŞirinВ» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır ci ildə Şirvan hökumdarı I Axsitan şairə В«Leyli və MəcnunВ» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə В«Leyli və MəcnunВ» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır.

1196-cı ildə Əlaəddin Körpə Arslanın adına В«Yeddi gözəlВ» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı В«İsgəndərnaməВ» (təqr. 1203) poemasını qələmə almışdır. Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.

Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" ((ərəb. خمسة,ivr. חמסה xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır. Nizami GəncəviSirlər xəzinəsiXosrov və ŞirinLeyli və MəcnunYeddi gözəlİsgəndərnaməərəb.ivr.xəmsə həmayili Nizami Gəncəvi nin "Xəmsə"si Avstriya Milli Kitabxanasının "Azərbaycan əlyazmaları" sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət "Xəmsə"sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Nizami GəncəviAvstriya Milli Kitabxanasın Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun ən dəyərli sənət incilərindən biri də adətən Nizami adlandırılan 12-ci əsr Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış şeirlər toplusu olan "Xəmsə"nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdü. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazma ilə öz işini qurtardıqdan sonra əldə etmək mümkün olan ən qədim "Xəmsə"ni aldı və özünün üzünü köçürdüyü əlyazmada qeydlər etdi. Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə yazılıb. Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Əlyazmada hər bir şeirin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada İsfahan miniatür məktəbinə aid miniatürlər var. Nizaminin "Xəmsə"sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi. 16-cı əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydu. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək Mirzə Qiyas, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.Sultan Məhəmməd TəbriziAğa Mirək Mirzə QiyasMirzə ƏliMüzəffər ƏliMir Seyid Əli