Şirvan şəhər S.Hüseynov adına 1li tam orta məktəb Hazırladı:hərbi rəhbər,ali kateqoriyalı baş müəllim,Ən yaxşı müəllimmüsabiqəsinin qalibi,Azərbaycan.

Презентация:



Advertisements
Похожие презентации
TƏLƏBƏLƏRDƏ İT İSTİFADƏ BACARIQLARININ ARTIRILMASI
Advertisements

G ə ncl ə rin çağırışaq ə d ə rki hazırlığı X sinif I f ə sil: DÖVL Ə Tİ MÜDAFİ Ə NİN Ə SASLARI.
M ə zmun x ə tti : F Ə RD v ə C Ə MİYY Ə T Alt-x ə tt : C ə miyy ə tin sosial-iqtisadi h ə yatı.
Xüsusi istedadlı şagirdlər liseyi-V sinif Şirvan ş.S.Hüseynov adına 1 li tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyi Hazırladı: filoloq,ali kateqoriyalı.
Turbo Pascal 7.0 proqramla ş dırma dili. Proqramla ş dırma dili Pascal Paskal dili, ci ill ə rd ə İ sveç ali politexnik m ə kt ə binin informatika.
MÖVZU: DOGRU V Ə YALAN II SİNİF İNFORMATİKA İNFORMATİKA Ucar şəhər 3 li tam orta məktəbin informatika müəlliməsi Həsənova Ülviyyə.
ADPU İxtisas: Təhsildə Qiymətləndirmə və Monitoronq Fənn: Sosial Pedaqogika.Magistrant: Zümrüd İsmayılova .
İcmaya əsaslanan sağlamlıq, xəstəliklərlə mübarizə tədbirləri.
Декабрь 2011 года. Маршрут экспедиции Анализ антарктических проб проводится по 47 элементам Ca, K, Na, Zn, Mg, Fe, P, Se, Sn, Al, Sc, Ti, Te, Cs, Cu,
Plates 1s,2s, 3s, 4s, 5s, 6s, 7s, are an alpha particles. Li 3 He 2 2 Be B 5 The beginning of formation of a ring 2p, around and between plates 1s.
Периодическая система История и перспективы ученица 11 класса Тимофеева Ариадна Научный руководитель учитель химии МОУ « Хормалинская сош» Иванова В.В.
Т р у д н о с т и в о з р а с т а ю т п о м е р е п р и б л и ж е н и я к ц е л и. Н о п у с т ь к а ж д ы й с о в е р ш и т с в о й п у т ь п о д о б.
Yeraltı sular. Buzlaqlar. Bataqlıqlar.. Bataql ıq Şirin su m ə nb ə yidir. Rütub ə tli ə razil ə rd ə formalaşır Az ə rbaycan üçün s ə ciyy ə vi deyil.
МЕТАЛЛЫ В ПЕРИОДИЧЕСКОЙ СИСТЕМЕ ХИМИЧЕСКИХ ЭЛЕМЕНТОВ Д.И. МЕНДЕЛЕЕВА Петреня Игорь Михайлович, учитель химии и биологии государственного учреждения образования.
Разработал: Учитель химии, биологии высшей квалификационной категории Баженов Алексей Анатольевич.
Хis-tuyguni bоshdаn kеchirishning turli shаkllаri – emоsiya, аffеkt, kаyfiyat, turli hаyajоnlаnish (strеss hоlаti) mаvjud. Ehtirоs, vа nihоyat, tоr mаnоdаgi.
Sinir sistemi (lat. Systema nervosum). Heyvanlar t ə kamül etdikc ə onlarda qıcı ğ a qarşı yaranan reaksiyalar mür ə kk ə bl ə şmiş v ə n ə tic ə d ə.
Лекция 10 Периодический закон и периодическая система химических элементов.
Транксрипт:

Şirvan şəhər S.Hüseynov adına 1li tam orta məktəb Hazırladı:hərbi rəhbər,ali kateqoriyalı baş müəllim,Ən yaxşı müəllimmüsabiqəsinin qalibi,Azərbaycan Respublikasının Əməkdar müəllimi Əliyev Rəfail Şıxəli oğlu

1.Döyüş Bayrağı nədir, kimlərə verilir ? 2.Döyüş Bayrağını kimlər təqdim edir ? 3.Döyüş Bayrağı haqqında Əsasnamə nə vaxt, hansı orqan tərəfindən təsdiq olunub ? 4.Döyüş Bayrağı haqqında Əsasnamədə haq- qında hansı məsələlər əhatə olunmuşdur ? 5.Döyüş Bayrağının saxlanma qaydaları hansıdır? 6.Döyüş Bayrağı kimlər tərəfindən, necə mühafizə olunur ? 7.Döyüş Bayrağı ilə əlaqədar hərbi qulluqçular hansı məsuliyyət daşıyırlar ? 8.Döyüş Bayrağının itməsi nə ilə nəticələnir ? 1.Döyüş Bayrağı nədir, kimlərə verilir ? 2.Döyüş Bayrağını kimlər təqdim edir ? 3.Döyüş Bayrağı haqqında Əsasnamə nə vaxt, hansı orqan tərəfindən təsdiq olunub ? 4.Döyüş Bayrağı haqqında Əsasnamədə haq- qında hansı məsələlər əhatə olunmuşdur ? 5.Döyüş Bayrağının saxlanma qaydaları hansıdır? 6.Döyüş Bayrağı kimlər tərəfindən, necə mühafizə olunur ? 7.Döyüş Bayrağı ilə əlaqədar hərbi qulluqçular hansı məsuliyyət daşıyırlar ? 8.Döyüş Bayrağının itməsi nə ilə nəticələnir ?

"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır İlham Əliyev –Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan

AZƏRBAYCAN BAYRAĞI-QÜRURUMUZ, LƏYAQƏT RƏMZİMİZ !

QUZEYLİ-GÜNEYLİ AZƏRBAYCANIMIZIN BAYRAQLARI...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV DÖYÜŞ BAYRAĞINI TƏQDİM EDİR....

MÜDAFİƏ NAZİRİ HƏRBİ HİSSƏYƏ DÖYÜŞ BAYRAĞINI TƏQDİM EDİR

SƏRHƏD QOŞUNLARI KOMANDANI DÖYÜŞ BAYRAĞINI TƏQDİM EDİR

DÖYÜŞ BAYRAĞI TƏNTƏNƏLİ KEÇİDDƏ...

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiq edilsin. 2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağının təsviri və şəkli təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri, 4 noyabr 1997-ci il 390-IQ Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. 2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır. 3. Döyüş Bayrağı hər vaxt öz hissəsi ilə, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır. 4. Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə hərbi hissənin komandiri və bu rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir. 1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. 2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır. 3. Döyüş Bayrağı hər vaxt öz hissəsi ilə, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır. 4. Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə hərbi hissənin komandiri və bu rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir.

DÖYÜŞ BAYRAĞININ TƏSVİRİ Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə «Azərbaycan uğrunda» şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan səkkizguşəli ulduz yerləşib.

DÖYÜŞ BAYRAĞININ TƏSVİRİ (davamı) Aypara tiyələri yuxarı baxan çarpazlaşdırılmış qılınclara söykənib. Aypara, səkkizguşəli ulduz və qılınclar ağ ipəkdən tikilib. Qılıncların aşağı əsaslarından tiyələr boyunca hər iki tərəfə, onların ucuna qızılı ipək sapla tikilmiş iki dəfnə budağı yönəlib. Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı ipək sapla hərbi hissənin nömrəsi və adı tikilib. Rəqəmlərin hündürlük ölçüsü 7,0 sm, yazının hərflərinin ölçüsü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5,0 sm-ə, hərflərin ölçüsü 4,0 sm-ə qədər azaldıla bilər. Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 m olan girdə ağacdandır. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halda, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. Qaytanın uzunluğu sm-dir.

DÖYÜŞ BAYRAĞININ SAXLANMA QAYDALARI HƏRBİ HİSSƏ HARADA YERLƏŞİR ? BAYRAQ HARADA SAXLANILIR ? 1.Kazarmalarda və yaşayış məntəqələrində - hissənin qərargahında, təlim mərkəzində 2.Düşərgələrdə(çadırlarda) -birinci səfin xəttində, hissənin yerləşməsinin mərkəzində xüsusi talvar altında 3.Təlimlərdə -hissə komandirinin göstərdiyi yerdə.

DÖYÜŞ BAYRAĞININ MÜHAFİZƏ QAYDALARI DÖYÜŞ BAYRAĞI HARADA SAXLANIR ? KİM TƏRƏFİNDƏN MÜHAFİZƏ EDİLİR ? 1.MÜVAFİQ XÜSUSİ YERDƏ SAXLANILIR -qarovul tərəfindən 2.KƏNARA ÇIXARILIR -bayraq tağımı tərəfindən

DÖYÜŞ BAYRAĞININ SAXLANMA ŞƏRTLƏRİ HARADA ? NECƏ? 1.POSTDA -orden və orden lentləri ilə bükülüb yığılaraq, hissənin gerbli surğuc möhürü ilə surğuclanmış örtükdə saxlanılır,şaquli vəziyyətdə bayraq dayağına qoyulur. 2.KAZARMALARDA -açıq şəkildə, möhürlənmiş şüşə şkafda saxlamağa icazə verilir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra NİZAMNAMƏSİ Müdafiə Nazirinin 24 dekabr 2014-cü il tarixli 73 li qərarı ilə qüvvəyə minmişdir. BBBAKI Bu Nizamnamə hərbi qulluqçuların silahsız və silahla sıra hərəkətləri və yerişini, bölmə və hissələrin piyada və nəqliyyat vasitələrində sıralarını, əsgəri salamlaşma qaydalarını, sıra baxışının keçirilməsini, hərbi hissənin Döyüş Bayrağının sırada vəziyyətini, onun çıxarılmasını və qaytarılmasını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbəri, habelə yerdəyişmə qaydalarını müəyyənləşdirir.. DÖYÜŞ BAYRAĞININ SIRADA VƏZİYYƏTİ,ONUN ÇIXARILMASI VƏ APARILMASI QAYDALARI (SIRA NİZAMNAMƏSİ, IX fəsil, maddə )

471. Briqada (hərbi hissə) üzrə əmrlə orden və medallarla təltif olunmuş və döyüş hazırlığı əlaçılarından olan çavuş, gizir, yaxud zabitlərdən Döyüş Bayrağına bayraqdar və 2 assistent təyin edilir Bundan əlavə, Döyüş Bayrağını briqadanın (hərbi hissənin) önünə çıxardıqda və saxlanma yerinə qaytardıqda onu müşayiət etmək üçün əmrlə bayraq taqımı təyin edilir. Bayraq taqımı Döyüş Bayrağını saxlanma yerinə apardıqda bayraqdar, assistentlər və təbilçi onunla olmalıdır Döyüş Bayrağını apararkən bayraqdar və assistentlərin aşırma qayışları olmalıdır (Əlavə 2) Döyüş Bayrağı briqadanın (hərbi hissənin) önünə həmişə açıq vəziyyətdə çıxarılır. Uzaq məsafəyə gedərkən Döyüş Bayrağı çexolda aparılır Briqada (hərbi hissə) üzrə əmrlə orden və medallarla təltif olunmuş və döyüş hazırlığı əlaçılarından olan çavuş, gizir, yaxud zabitlərdən Döyüş Bayrağına bayraqdar və 2 assistent təyin edilir Bundan əlavə, Döyüş Bayrağını briqadanın (hərbi hissənin) önünə çıxardıqda və saxlanma yerinə qaytardıqda onu müşayiət etmək üçün əmrlə bayraq taqımı təyin edilir. Bayraq taqımı Döyüş Bayrağını saxlanma yerinə apardıqda bayraqdar, assistentlər və təbilçi onunla olmalıdır Döyüş Bayrağını apararkən bayraqdar və assistentlərin aşırma qayışları olmalıdır (Əlavə 2) Döyüş Bayrağı briqadanın (hərbi hissənin) önünə həmişə açıq vəziyyətdə çıxarılır. Uzaq məsafəyə gedərkən Döyüş Bayrağı çexolda aparılır. HƏRBİ HİSSƏNİN DÖYÜŞ BAYRAĞININ SIRADA VƏZİYYƏTİ,ONUN ÇIXARILMASI VƏ APARILMASI

DÖYÜŞ BAYRAĞININ SIRA DURUŞUNDA VƏZİYYƏTİ Şəkil 68 Döyüş Bayrağının sırada vəziyyəti 475. Yerində sırada bayraqdar Döyüş Bayrağını sərbəst sallan-mış sağ əli ilə ayağının yanında tutur. Bayraq dəstəyinin aşağı ucu sağ ayaq pəncəsinin ortasının yanında olmalıdır (şəkil 68). Silahla hərəkətlər yerinə yetirilərkən Döyüş Bayrağının vəziyyəti dəyişmir. Döyüş Bayrağının sırada vəziyyəti 475. Yerində sırada bayraqdar Döyüş Bayrağını sərbəst sallan-mış sağ əli ilə ayağının yanında tutur. Bayraq dəstəyinin aşağı ucu sağ ayaq pəncəsinin ortasının yanında olmalıdır (şəkil 68). Silahla hərəkətlər yerinə yetirilərkən Döyüş Bayrağının vəziyyəti dəyişmir.

DÖYÜŞ BAYRAĞININ YERİŞDƏ ÇİYİNDƏ VƏZİYYƏTİ Döyüş Bayrağının sırada vəziyyəti 476. Hərəkətə başlamaq üçün verilən Addımla xəbərdarlıq komandasında bayraqdar Döyüş Bayrağını sol çiyninə götürür və onu dəstək boyu açılmış sol əli ilə saxlayır, sağ əlini sərbəst aşağı salır. Döyüş Bayrağının bu vəziyyətində dəstəyin aşağı ucu yerdən 50– 60 sm hündürlükdə olmalıdır. Döyüş Bayrağının sırada vəziyyəti 476. Hərəkətə başlamaq üçün verilən Addımla xəbərdarlıq komandasında bayraqdar Döyüş Bayrağını sol çiyninə götürür və onu dəstək boyu açılmış sol əli ilə saxlayır, sağ əlini sərbəst aşağı salır. Döyüş Bayrağının bu vəziyyətində dəstəyin aşağı ucu yerdən 50– 60 sm hündürlükdə olmalıdır. Şəkil 69

DÖYÜŞ BAYRAĞININ TƏNTƏNƏLİ MARŞLA YERİŞ ÜÇÜN VƏZİYYƏTİ Şəkil Paradlarda təntənəli marşla keçərkən Döyüş Bayrağı 69 və ya 70-ci şəkildə göstərildiyi kimi aparılır. (yəni çiyində və ya şaquli vəziyyətdə)

DÖYÜŞ BAYRAĞI TƏNTƏNLİ KEÇİDDƏ...

BAYRAĞIMIZA RAMİL SƏFƏROV MƏHƏBBƏTİ

MÜHARİBƏ VETERANLARI DÖYÜŞ BAYRAĞININ ÖNÜNDƏ...

DÖYÜŞ BAYRAĞI DÜŞƏRGƏDƏ(ÇADIRDA)...

ÖZÜNÜ YOXLA ! 1.Döyüş Bayrağı hər bir əsgər üçün nədir ? ___________________________________________________ 2.Hər bir hərbi hissənin neçə bayrağı ola bilər? A)1 B)2 C)3 D)istənilən qədər 3. Döyüş bayrağının itirilməsi nə ilə nəticələnir? A)yeni bayraq verilir B)cərimə ödənilir C)hərbi hissə ləğv edilir D)hərbi hissə başqasına birləşdirilir 4.Döyüş Bayrağı nələrdən ibarətdir? ___________________________________________ 5.Döyüş Bayrağının hansı tərəfində hərbi hissənin nömrəsi yazılır? A)sol B)sağ C)ağac dəstəkdə D)qotazın üstündə

ÖZÜNÜ YOXLA ! 6.AZƏRBAYCAN UĞRUNDA ! sözləri bayrağın hansı zolağının üstündə yazılır? A)qırmızı B)yaşıl C)mavi D)heç birində 7.Döyüş Bayrağının sırada vəziyyəti hansı Nizamnamə ilə müəyyən edilir? A)intizam B)daxili xidmət C)sıra D)qarovul-qarnizon 8.Döyüş Bayrağının ölçüləri hansıdır ? A)270x285 sm B)114x145 sm C)120x150sm D)100x 220 sm 9.Döyüş Bayrağı kənara çıxarıldıqda kim tərəfindən mühafizə edilir ? A)saatdar B)gün növbətçisi C)qarovul D)bayraq tağımı 10.Təlimlərdə Döyüş Bayrağı harada saxlanılır ? A)hissənin qərargahında B)talvar altında C)təlim mərkəzində D)hissə komandirinin göstərdiyi yerdə

TÖVSİYƏ ƏDƏBİYYATI : 1.Həbib Ocaqov, Rövşən Qasımov GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI Ümumtəhsil məktəblərinin 10 - cu sinfi üçün DƏRSLİK Bakı Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissənin Döyüş Bayrağı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bakı ş. 4 noyabr 1997-ci il 3. 2.Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissənin Döyüş Bayrağı haqqında ƏSASNAMƏ (1li əlavə) 4. 2.Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissənin Döyüş Bayrağının TƏSVİRİ(2li əlavə) 5.Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi Müdafiə Nazirinin 24 dekabr 2014-cü il tarixli 73 li qərarı ilə qüvvəyə minmişdir Bakı e-qanun.az/alpidata/framework/data/5/f_5415.htm Həbib Ocaqov, Rövşən Qasımov GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI Ümumtəhsil məktəblərinin 10 - cu sinfi üçün DƏRSLİK Bakı Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissənin Döyüş Bayrağı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bakı ş. 4 noyabr 1997-ci il 3. 2.Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissənin Döyüş Bayrağı haqqında ƏSASNAMƏ (1li əlavə) 4. 2.Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissənin Döyüş Bayrağının TƏSVİRİ(2li əlavə) 5.Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi Müdafiə Nazirinin 24 dekabr 2014-cü il tarixli 73 li qərarı ilə qüvvəyə minmişdir Bakı e-qanun.az/alpidata/framework/data/5/f_5415.htm

SON !