MIOLOGIYA ƏZƏLƏ SISTEMI Əzələnin 3 növü var: Saya əzələ; Eninəzolaqlı və ya skelet əzələsi. Ürək əzələsi. Saya əzələlər qeyri iradidir. Onlar daxili orqanların.

Презентация:



Advertisements
Похожие презентации
Power Point proqramında animasiyaların yaradılması.
Advertisements

II-b sinfi A.Aşurova. Məlumat və komandaları kompyuterə daxil etmək üçün əsas qurğu klaviaturadır.
Vıı sinif Tənlik qurmaqla məsələ həlli Göygöl rayon Üçtəpə kənd orta məktəbin müəllimi – Nurlan Quliyeva.
1. SİSTEM PROQRAMLARI 2. TƏTBİQİ PROQRAMLAR 3.PROQRAMLAŞDIRMA ALƏTLƏRİ.
Mikroprosessorların (MP)təyinatı,tipləri və ümumi strukturları.
Açıq d ə rs. Hörm ə tli mü ə lliml ə r! Sizi İ nformatika f ə nnind ə n tarixind ə saat 10:00-da C ə f ə rova Könül t ə r ə find ə n keçiril.
ATMEL AVR MK-lər. ATMEL AVR MK-lərin tətbiq sahələri və xüsusiyyətləri İnteqrə edilmiş (embedded) idarə sistemləri üçün çox halda ATMEL AVR MK- ləri aşağıdakı.
Təsviri incəsənət. Hazırladı : Lalə, Bəxtiyar, Türkan (İnsan və ətraf mühit dərnəyinin üzvləri)
Транксрипт:

MIOLOGIYA ƏZƏLƏ SISTEMI Əzələnin 3 növü var: Saya əzələ; Eninəzolaqlı və ya skelet əzələsi. Ürək əzələsi. Saya əzələlər qeyri iradidir. Onlar daxili orqanların divarında, vəzilərin axacaqlarında, damarların divarlarında və dəridə (tükləri qaldıran əzələlər) rast gəlinir. Eninəzolaqlı və ya skelet əzələləri dayaq hərəkət aparatının aktiv hissəsini təşkil edir. Onlara həmçinin başda və boyunda yerləşən daxili orqanların divarında (ağız, udlaq, qırtlaq, qida borusun yuxarı hissəsi), göz almasında (göz alması əzələləri), orta qulaqda (üzəngi əzələsi və təbil pərdəsini gərginləşdirən əzələ) və aralıq nahiyəsində rast gəlinir. Skelet əzələləri yenidoğulmuşlarda bədənin ümumi ağırlığının % -ni, 8 yaşlı uşaqlarda 27,2% -ni, 15 yaşlı uşaqlarda 32.6% -ni, yaşında 44.2% -ni, yaşlılarda 40.0% -ni, qocalarda isə % -ni təşkil edir. Skelet əzələsi müəyyən formaya, inkişafa, quruluşa və funksiyaya malik bir orqandır.

ƏZƏLƏLƏRIN INKIŞAFI Gövdə əzələləri arxa tel və ilk sinir borusunu əhatə edən mezodermadan –somitlərdən inkişaf edir. Embrionun IV həftəsində 40 somit olur. Bu somitlər 6 qrupa bölünür: 3 -5 ənsə somiti; 8 boyun somiti; 12 döş somiti; 5 bel somiti; 5 oma somiti; 4 -5 büzdüm somiti. Hər bir somit 3 hissədən ibarətdir: Sklerotom; Miotom; Dermatom. Miotomlar əvvəlcə somitlərin arxa –içəri hissəsini tutur boşluğa malik olurlar. Sonradan miotomların boşluğu itir və onlar yığılma qabiliyyətinə malik olan eninəzolaqlı əzələ liflərinə çevrilirlər. Miotomlar dorzal və ventral istigamətdə inkişaf edirlər. Miotomların dorzal hissəsindən arxanın xüsusi (dərin) əzələləri inkişaf edir. Miotomların ventral hissəsindən döşün xüsusi əzələləri və qarnın ön –yan əzələləri inkişaf edir.

Autoxton (öz yerində qalan) əzələlər inkişaf prosesində öz yerlərini dəyişmirlər (inkişaf etdikləri yerlərində qalırlar). Bu əzələlərə arxanın və döşün xüsusi əzələləri, qarnın ön –yan əzələləri aiddir. Trunkofuqal əzələlər inkişaf prosesində başdan və boyundan yuxarı ətraflara köçürlər. Bu əzələlərə trapesəbənzər əzələ, döş körpücük məməyəbənzər əzələ, rombabənzər əzələlər, ön dişli əzələ və sair aiddir. Trunkopetal əzələlər, əksinə, inkişaf prosesində ətraflardan gövdəyə köçürlər. Bu əzələlərə böyük və kiçik döş əzələləri, böyük bel əzələsi və s.aiddir.

Əzələlərin vətərli hissəsi əzələnin mayasını skelet mayası ilə birləşdirən birləşdirici toxumadan inkişaf edir. Başda dorzal əzələlər yoxdur. Ventral əzələlərə mimiki və çeynəmə əzələləri aiddir. Bunlar baş nahiyəsini əhatə edən mezodermanın (ventral) seqmentləşməyən hissəsindən, visseral qövslərdən inkişaf edir. Boyun miotomlarının dorzal hissəsindən arxanın boyunda yerləşən əzələləri, ventral hissəsindən isə boyunun dərin əzələləri inkişaf edir. Diafraqma da boyun miotomlarından inkişaf edir. Gövdə miotomlarından arxanın dərin əzələləri, döş qəfəsi əzələləri və qarın əzələləri inkişaf edir. Yuxarı və aşağı ətraf əzələləri embrional həyatın 4 -5 həftəsindən başlayaraq ətrafların mayalarının diferensasiyası ilə əlaqədar inkişaf edir. Endomiz eninəzolaqlı əzələ liflərini bir –biri ilə birləşdirən kövşək birləşdirici toxumadır. Perimiz böyük əzələ dəstələrini əhatə edən kövşək birləşdirici toxumadır. Epimiz əzələni xaricdən örtən kövşək birləşdirici toxumadır.

Əzələ iki hissədən ibarətdir: Qarıncıq; Vətər; Əzələ lifi xaricdən sarkolemma adlanan qişa ilə örtülür. Cizgili əzələ toxumasında hər bir miofibril müxtəlif kimyəvi tərkibə və optik xassəyə malik olan disklərdən ibarətdir. Disklərin bir qrupu açıq rəngli olub şüanı az sındırır və izotrop disk adlanır. Disklərin digər qrupu isə tünd rəngli olub şüanı ikiqat sındırır və anizotrop disk adlanır. Telofraqma izotrop disklərin ortasında əzələ lifi qişasından başlayan «T» –membrandır. Sarkomer miofibrillərin iki qonşu telofraqma arasında qalan hissəsidir. Sarkomerlər miofibrilləri fiksasiya edir. Vətərlər bir –biri ilə birləşdirici toxuma vasitəsilə birləşmiş vətər liflərindən təşkil olunmuşdur. Əzələnin başlandığı nöqtə tərpənməz noqtə adlanır. Əzələnin bağlandığı nöqtə hərəkətli nöqtə adlanır. Aponevroz enli vətərdir.

ƏZƏLƏLƏRIN TƏSNIFATI Formaca uzun, qısa və enli əzələlər, kvadrat, trapesəbənzər, rombabənzər və s.; Əzələ vətər nisbətinə görə: iyəbənzər, birlələkli, ikilələkli, ikiqarıncıqlı və s; İyəbənzər əzələlərin başı, qarıncığı və quyruğu olur. Birlələkli əzələlərdə əzələ lifləri vətərin bir kənarında yerləşir. İkilələkli əzələlərdə əzələ lifləri vətərin hər iki kənarında yerləşir. Əzələ liflərinin istiqamətinə görə: düz, çəp, dairəvi və köndələn; Funksiyalarına görə: açıcı, bükücü, yaxınlaşdıran, uzaqlaşdıran; Başlanan və bağlanan uclarına görə: biz –dilaltı, döş –körpücük – məməyəbənzər, dimdik –bazu və s.; Yerləşmə vəziyyətinə görə: səthi, dərin, ön, dal və s.; Oynaqlara münasibətinə görə: biroynaqlı və çoxoynaqlı;

ƏZƏLƏNIN KÖMƏKÇI APARATI Fassiyalar; Vətər yataqları; Selikli kisəciklər; Sesamoid sümüklər; Fassiya əzələ və ya əzələ qruplarını xaricdən əhatə edən lifli birləşdirici toxumadan əmələ gəlmiş səfhədir. Səthi və dərin fassiyalar ayırd edilir. Səthi fassiyalar dəri altında yerləşir və dərialtı toxuma ilə sıx birləşir. Dəri və dərialtı toxuma ilə birlikdə orqanizmin elastik istinadını təşkil edir. Dərin fassiya ayrı –ayrı əzələləri və eyni funksiya daşıyan əzələ qruplarını örtür. Fassiyanın vəzifələri: əzələlər üçün xüsusi yataq əmələ gətirir; damar və sinirləri əhatə edərək onlar üçün damar –sinir yataqları əmələ gətirir; əzələlərin trofikasını təmin edir; venoz qanın cərəyanına şərait yaradır;

Fassiyanın səthi və dərin səhfələri arasında lifli yataq əmələ gəlir. Dərin fassiya ilə sümüküstlüyü arasında sümük –lifli yataq əmələ gəlir. Vətərlərlə lifli yataqlar arasında sinovial vətər yataqları formalaşır. Sinovial vətər yatqları parietal və visseral səfhələrdən ibarətdir. Parietal səfhə lifli yataqlara, visseral səfhə isə vətərlərlə birləşir. Səfhələrin ucları bir –biri ilə birləşir və səhfələr arasında boşluq əmələ gəlir. Boşluğun daxilində sürtünməni aradan qaldıran sinovia mayesi yerləşir. Bəzi nahiyələrdə fassiyadan vətər qövsləri, bağlar və aponevrozlar əmələ gəlir. Sinovial kisəciklər sümük hündürlükləri ilə vətərlər arasında əmələ gəlir. Bəzən sinovial kisəciklər vətərlərin istiqamətini dəyişir və blok adlanır. Bloklar hərəkəti asanlaşdırır, sürtünməni azaldır və əzələ qüvvəsinə qənaət edir. Sesamoid sümüklər blokabənzər oynaqlarla əlaqədardır və blok rolunu oynayır.

ƏZƏLƏNIN QÜVVƏSI Əzələnin əsas xüsusiyyəti qıcığa qarşı yığılmasıdır. Bu zaman əzələ qüvvə sərf edir. Əzələnin qüvvəsi aşağıdakı faktorlardan asılıdır: əzələ liflərinin sayı; fizioloji və anatomik en kəsiyi; əzələnin uzunluğu; əzələyə verilən sinir impulsunun dərəcəsi; anatomik törəmələr (mexaniki faktorlar); Fizioloji en kəsiyi əzələni təşkil edən liflərin en kəsiklərinin ümumi cəminə deyilir. Anatomik en kəsiyi əzələ qarıncığının ən qalın hissəsində aparılan köndələn kəsik nəticəsində alınan sahənin ölçüsünə deyilir və əzələnin en kəsiyinin diametrini göstərir. Əzələnin qüvvəsi (F) əzələ liflərinin miqdarı (n), fizioloji en kəsiyinin sahəsi (S), verilən impulsun dərəcəsi (ψ) ilə düz, uzunluğu (L) tərs mütənasibdir. Mexaniki faktorlara əzələlərin başlanan və bağlanan uclarının istinad səthinin sahəsi, oynaqlara münasibəti, bağlanma üsulu və bucağı aiddir.

ƏZƏLƏNIN IŞI Yerdəyişmə baxımından iki növ iş var: Statik; Dinamik; Statik iş zamanı əzələ yığılır, iş görür, lakin yerdəyişmə baş vermir. Dinamik iş zamanıəzələ yığılarkən hərəkət -yerdəyişmə baş verirş Statik iş görən əzələlər tərkibindəki birləşdirici toxuma elementlərinin çoxluğu və bağlanan ucların istinad sahəsinin böyüklüyü hesabına uzun müddət qüvvə sərf edir və bir vəziyyətdə qala bilir. Dinamik iş görən əzələlərin əzələvi hissəsi yaxşı inkişaf edib. Bağlanan və başlanan ucların istinad sahəsi az olduğu üçün əzələ çox qüvvə sərf edir və güclü hərəkət meydana çıxır.

Hərəkətin dinamikasından asılı olaraq əzələnin 3 növ işi vardır: Üstün gələn iş; Davam gətirən iş; Tabe olan iş; Üstün gələn işdə əzələnin tətbiq qüvvəsi müqavimət qüvvəsindən artıq olur. Davam gətirən iş zaman əzələnin tətbiq qüvvəsi müqavimət qüvvəsinə bərabər olur. Tabe olan işdə əzələnin tətbiq qüvvəsi müqavimət qüvvəsindən az olur.

ƏZƏLƏNIN HALI Yığılmış hal; Boşalmış hal; Dartılmış hal; Yığılmış halda əzələnin ucları bir –birinə maximum yaxınlaşır, əzələ qısalır və güc sərf edir. Boşalmış halda əzələnin ucları bir –birindən uzaqlaşır, əzələ tonusu hesabına az dərəcədə yığılmış olur. Dartılmış halda əzələnin ucları bir –birindən maksimum dərəcədə uzaqlaşır.

LING QANUNLARI Oynaqları əhatə edən əzələlər bağlandıqları sümükləri hərəkət etdirir və müəyyən növ ling əmələ gətirir. Biomexanik xüsusiyyətlərinə görə iki növ ling mövcuddur: Ikiqollu və ya müvazinət lingi; Birqollu ling; İkiqollu lingdə istinad nöqtəsi qüvvənin tətbiq nöqtəsi ilə müqavimət nöqtəsi arasında yerləşir (məsələn, atlas -ənsə oynağı). Birqollu lingin iki növü var: Qüvvə lingi; Sürət lingi; Qüvvə lingində müqavimət nöqtəsi istinad nöqtəsi ilə qüvvənin tətbiq nöqtəsi arasında yerləşir. Bu zaman qüvvənin tətbiq qolu müqavimət qolundan uzun olur (məsələn aşıq –baldır oynağında ayağın hərəkəti). Sürət lingində əzələ qüvvəsinin tətbiq nöqtəsi istinad nöqtəsi ilə müqavimət nöqtəsi arasında yerləşir. Bu zaman qüvvənin tətbiq qolu müqavimət qolundan qısa olur. Birqollu qüvvə lingində əzələlər az qüvvə sərf edir və çoz iş görür. Birqollu sürət lingində çox qüvvə sərf olunur, hərəkətin amplitudu və sürəti artır.

A –istinad nöqtəsi; B –qüvvənin tətbiq nöqtəsi; C –müqavimət nöqtəsi Sürət lingi Qüvvə lingi Müvazinət lingi