Abituriyentlər üçünAbituriyentlər üçünƏlbəttə valideynlərin məsləhətləri, tövsiyələri vacib şərtlərdən biridir, amma abituryentlərin öz istəkləri də yekun.

Презентация:



Advertisements
Похожие презентации
Abituriyentlər üçünAbituriyentlər üçünƏlbəttə valideynlərin məsləhətləri, tövsiyələri vacib şərtlərdən biridir, amma abituryentlərin öz istəkləri də yekun.
Advertisements

Транксрипт:

Abituriyentlər üçün

Əlbəttə valideynlərin məsləhətləri, tövsiyələri vacib şərtlərdən biridir, amma abituryentlərin öz istəkləri də yekun qərar üçün təsiredici olmalı və nəzərə alınmalıdır. Hara olursa olsun qəbul olsun deyib düşünmək qətiyyən doğru deyil. Çünki abituryentin qəbul olduğu ixtisasa həvəsi yoxdusa və ya nə ixtisas olduğundan məlumatsızdırsa təbii ki, o ixtisasa mükəmməl şəkildə yiyələnə biləcəyinə şübhələnməyə bilmərik. Nəticədə həmin tələbələr universiteti bitirdikdən sonra iş tapmaqda ya çətinlik çəkirlər ya da özlərinə bələd olduqları üçün başqa sahə üzrə iş axtarmağa daha çox üstünlük verirlər. Çox zaman valideynlər öz gənclik arzularını övladlarının üzərinə köçürürlər və illər əvvəl arzuladıqları ixtisası əldə edə bilmədikləri üçün istəyirlər ki, övladları o sahədə ixtisaslaşsınlar. Əlbəttə bu düzgün yanaşma deyil. Bir ölkə üçün ən vacib sahələrdən biri də tibb sahəsidir. Amma bizim vətəndaşların əksəriyyəti səhhət problərinin həlli üçün borc-xərc edib xarici ölkələrə üz tuturlar.Bu isə ixtisas seçimi zamanı yalnışlıqla övladlarının həkim olmağı qərara alan insanlarımızın səhiyyəmizə vurduqları zərbənin nəticəsidir. Çünki bizdə tibb işçisi olmaq ən prestijli sahələrdən biri hesab olunur və əksər ailələr üçün arzuolunan ixtisasdır. Ümumiyyətlə insan sevdiyi şəxslə ailə hayatı qurursa və sevdiyi peşə ilə məşğul olursa həmin şəxs xoşbəxt olmağa daha yaxın olur.

İmtahan həyacanlarını üzərilərindən necə atsınlar?

-İmtahan həyacanının fomalaşması da valideynlərin və ətrafın abituryentə təsiri ilə formalaşır. Çünki imtahan yaxınlaşdıqca abituryentdən əvvəl valideynlər həyacanlanmağa başlayırlar və bunu açıq şəkildə övladlarına hiss etdirilər. Bunu görən abituryent isə imtahanı həyat üçün əhəmiyyətli bir mərhələ kimi hiss edib həyacanlanmağa başlayır. Bu həyacan onların dərslərinə olan diqqətini azaldır,yaddaşlarına təsir göstərir və s. Təbii ki valideynlərin həyacanları başa düşüləndir, amma çalışmaq lazımdı bu həyacanı uşaqlarına hiss etdirməsinlər. Əgər bu situasiyalar olmasa abituryentlərdə şiddətli həyacan yaranmaz və öz normal həyacanlarını çox rahat bir şəkildə dəf edə bilərlər. Yaxşı olar ki, abituryentlər qarşılarına bir hədəf qoysunlar və hədəflərinə doğru məqsədyönlülük nümayiş etdirsinlər. Özlərində imtahan vərdişi yaratmaq üçün praktik imtahalarda və sınaq imtahanlarında özlərini dəfələrlə sınasınlar. Ancaq nəzərə alsınlar ki, sınaq imtahanlarında əldə etdiklərinəticə sonuncu nəticə deyil. Nə özlərində arxayınlıq hissi yaratmasınlar nə də inamsızlıq. Bu məsələdə də valideynlər daha çox təsiretmək imkanına sahibdirlər. İmtahan öncəsi bir neçə gün istirahətlərini düzgün şəkildə qursunlar, xüsusilə yuxu rejiminə diqqət etsinlər. Bacardıqları qədər təbiətlə təmasda olsunlar. Bütün bunlar beynin sakitləşməsinə və dincələməsinə şərait yaradır. Yaxşı olar ki, imtahanın nəticəsi haqda deyil, onun gedişi haqda düşünsünlər.

Son zamanlar satışda yaddaşı gücləndirən dərmanlar var. Sizcə o dərmanlar abituriyentlərə nə dərəcədə kömək edir?

-Ümumiyyətlə həkim məsləhəti olmadan hər hansı dərman preparatı qəbul etmək qətiyyən yol verilməzdir. Həmçinin hansısa dərmanların reklamı da. Əksər dərmanların müsbət effekti ilə yanaşı əks təsirləri də olur ki, bu da orqanizmdən asılı olaraq dəyişilir. Dərman preparatlerından istifadə etmək əvəzinə təbii yaddaş gücləndirici vasitələrdən istifadə etmək daha məqsədəuyğun olar. Məsələn, təbii bal, yağsız ət,balıq məhsulları yaddaşla bərabər göz üçün də xeyirlidir. Bu məhsulları gündəlik qida rasionlarına əlavə etmək daha doğru olardı.

Bəzi hallarda imtahanlarda uğur qazana bilməyən abituriyentlər intihar edirlər. Intiharların qarşısını necə almaq olar?. Valideynlər bu məsələdə nəyə diqqət etməlidir?

-İmtahandan sonrakı qeyri-məqbul nəticə abituryenti depressiyaya salır. Bu əvvəl qeyd etdiyimiz kimi valideynin imtahana qədər yaratdığı abu-havadan aslıdır. Valideynin narahatçılığı, həyəcanı nə qədər çox olursa depresiyanın dərəcəsi də bir o qədər ağır olur. Depresiya düşənlər intihara daha çox meylli olurlar. İmtahandan sonra uğur qazana bilməyən övladını danlayan, başqaları ilə müqayisə edən, uşağının əziyyətini görməzdən gəlib, çəkdiyi xərcləri üzünə vuran valideynlər isə abituryentin susidal fikirlərini daha da dəqiqləşdirir və sonda arzuolunmaz nəticə. Bütün bu baş verə biləcəklərlə əlaqədar valideynlər bir az təmkinli olsunlar, övladlarına ürək-dirək verib onlara dəstək olsunlar. Düşünün ki, dünya statiskasına görə intihara cəhd edənlərin yalnız faizi ölümlə nəticələnir. Nəzərə alsaq ki, bu il 10-a yaxın abituryent intihar səbəbilə dünyasını dəyişibsə, təssəvür edin onlarla abituryentin intihar cəhdi uğursuzluqla nəticələnib. Bu bizim ölkə üçün kifayət qədər ciddi rəqəmdir. Yeri gəlmişkən onu da qeyd edim ki, bütün bu məsələlər Psixologiya və Konsultasiya Mərkəzi olaraq bizləri çox düşündürdü və bu mövsümdən etibarən mərkəzin Abituryentlərin İmtahan Psixoloji Hazırlığı adlı 9 aylıq proqramı fəaliyyətə başlayır və proqramda özgüvən hissinin artırılması, diqqət yayınıqlığının aradan qaldırıması, stress və onu yaratdığı narahatlıqlar, zamanın düzgün bölünməsi və s. məsələlərin psixoloji həlli nəzərdə tutulub. Bundan əlavə valideynləri də öz seminarlarımıza dəvət edib, valideyn məsuliyyətlərini onlara çatdırmağı nəzərdə tutmuşuq. Həmçinin abituryentlər Psixologiya və Konsultasiya Mərkəzinin xüsusi psixoloji test metodları ilə hansı ixtisasın onların potensial və istəklərinə uyğun gəldiyini də öyrənə biləcəklər.